Vəzifə haqqında: “Honours Academy” komandası təhsil və xidmət sahəsində rəqəmsal görünürlüğümüzü gücləndirəcək, kreativ düşüncəyə sahib və kontent istehsalında bacarıqlı “Kontent Yaradıcısı” axtarır. Bu vəzifə sosial media platformaları, kampaniyalar, təlimlər, tədbirlər və akademiya daxili fəaliyyətlər üçün kreativ kontent istehsalı və brend kommunikasiyasının vizual olaraq gücləndirilməsində mühüm rol oynayır.
Əsas öhdəliklər:
- Kontent İdeyası və Kreativ Yanaşma: “Honours Academy” və lazım olduqda əlaqəli brendlər üçün sosial media kontent ideyaları hazırlamaq, aktual trendləri izləmək və onları brend üslubuna uyğunlaşdırmaq;
- Foto/Video Çəkiliş: Təlimlər, tədbirlər, tələbə fəaliyyəti, mentorlar, məkan və kampaniya prosesləri zamanı foto/video çəkilişlər aparmaq;
- Kontent İstehsalı: Instagram, TikTok, Facebook və digər platformalar üçün dinamik “reels”, “story” və post formatlarında materiallar hazırlamaq;
- Ssenari və Mətnlər: Qısa video ssenariləri, kontent başlıqları, story axını və caption üçün ilkin mətnlər hazırlamaq;
- Planlama və Koordinasiya: Sosial Media Meneceri ilə birlikdə həftəlik/aylıq kontent planının icrasına dəstək vermək, dizayner və montaj komandası ilə sıx əməkdaşlıq etmək;
- Kampaniya Kontenti: Qəbul kampaniyaları, endirimlər, tədbirlər və xüsusi layihələr üçün kreativ foto/video materiallar hazırlamaq;
- Arxivləşdirmə və Təkmilləşdirmə: Çəkiliş materiallarını sistemli şəkildə arxivləşdirmək, sosial media nəticələrinə əsasən daha effektiv kontent formatları təklif etmək.
Tələblər:
- Kontent yaratma, sosial media və ya kreativ sahədə minimum 1 il təcrübə;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı; İngilis dili biliyi üstünlükdür;
- Kreativ düşüncə tərzi və yüksək vizual estetik anlayış;
- Mobil foto və video çəkiliş, sadə montaj bacarıqları (CapCut və s.);
- Canva və ya Adobe Photoshop proqramları ilə baza işləmə bacarığı (üstünlükdür);
- Instagram, TikTok, Facebook və digər sosial media platformalarının əsas kontent formatlarını bilmək;
- Kontentləri vaxtında hazırlamaq, komanda ilə işləmək və yüksək məsuliyyət hissi.