Vəzifə haqqında:
“Honours Academy” komandası vizual ünsiyyətin gücləndirilməsi, brend mesajlarının daha cəlbedici və yadda qalan şəkildə təqdim edilməsi məqsədilə “Qrafik & Mouşn Dizayner” axtarır. Bu vəzifə vizual kontentin yaradılması, marketinq təşəbbüslərinin dizayn baxımından dəstəklənməsi və auditoriya ilə estetik baxımdan effektiv əlaqənin qurulmasında mühüm rol oynayır.
Əsas vəzifə öhdəlikləri:
- Sosial media, reklam, təqdimat və digər promo materiallar üçün kreativ və peşəkar qrafik dizaynların hazırlanması;
- Dijital kampaniyalar və sosial media üçün “motion graphic” və animasiyaların hazırlanması;
- Marketinq komandası ilə sıx əməkdaşlıq edərək brendə uyğun yaradıcı layihələrin həyata keçirilməsi;
- Vizual üslub və brend tərzinin bütün materiallarda qorunması;
- Paralel bir neçə layihənin vaxtında və keyfiyyətli tamamlanması;
- Qrafik və mouşn dizayn sahəsində trendləri izləmək və işə tətbiq etmək.
Tələblər:
- “Qrafik və Mouşn Dizayn” sahəsində minimum 2 illik iş təcrübəsi;
- “Adobe Creative Suite” proqramları (“Illustrator”, “Photoshop”, “After Effects”, “Premiere Pro”) ilə sərbəst işləmə bacarığı;
- Həm qrafik, həm də mouşn dizayn bacarıqlarınızı nümayiş etdirən güclü portfolio;
- Estetik düşüncə, detallara həssas yanaşma və yaradıcı baxış;
- Layihələri vaxtında və məsuliyyətlə icra etmək bacarığı;
- Komanda ilə effektiv işləmə vərdişləri.
Təklif etdiyimiz imkanlar: