Vəzifə haqqında: “Honours Academy” komandası təhsil və xidmət sahəsində brend mövqeyimizi gücləndirəcək, marketinq strategiyasını idarə edəcək və rəqəmsal kanallar üzrə nəticəyönümlü böyüməni təmin edəcək “Marketinq & Brend Menecer” axtarır. Bu vəzifə marketinq departamentinin rəhbəri kimi brend strategiyası, kampaniya planlaması, performans marketinq, sosial media, kontent istehsalı və dizayn proseslərinin koordinasiyasında mühüm rol oynayır.
Əsas öhdəliklər:
- Marketinq Strategiyası və İdarəetmə: “Honours Academy” brendinin ümumi marketinq strategiyasını hazırlamaq, icra etmək və aylıq/kvartallıq prioritetləri müəyyənləşdirmək;
- Brend İdarəetməsi: Brendin vizual və kommunikasiya standartlarının qorunmasını təmin etmək, bütün kanallarda vahid ton və imic formalaşdırmaq;
- Departament Rəhbərliyi: Performance Marketing Specialist, Sosial Media Meneceri, Content Creator və Graphic Designer rollarının işini koordinasiya etmək, komanda daxilində tapşırıqları düzgün bölüşdürmək;
- Kampaniya Planlaması: Qəbul kampaniyaları, endirimlər, tədbirlər, yeni proqramlar və xüsusi layihələr üçün marketinq kampaniyaları planlamaq və icrasına nəzarət etmək;
- Performans Marketinq Nəzarəti: Reklam kampaniyalarının nəticələrini izləmək, lead generation, conversion və reklam büdcəsinin effektiv istifadəsinə nəzarət etmək;
- Sosial Media və Kontent İdarəetməsi: Sosial media strategiyasını müəyyənləşdirmək, kontent planlarının brend və satış məqsədlərinə uyğun hazırlanmasına nəzarət etmək;
- Satış Komandası ilə Koordinasiya: Sales & Business Operations komandası ilə birlikdə lead keyfiyyəti, kampaniya mesajları və satışa dəstək materiallarının hazırlanmasını təmin etmək;
- Analitika və Hesabatlılıq: Marketinq göstəricilərini mütəmadi izləmək, aylıq performans hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Bazar və Rəqib Analizi: Təhsil bazarında rəqibləri, trendləri və müştəri davranışlarını izləmək, nəticələrə əsasən yeni marketinq təklifləri hazırlamaq;
- Büdcə və Resurs İdarəetməsi: Marketinq büdcəsinin planlanması, prioritetləşdirilməsi və effektiv istifadəsinə nəzarət etmək;
- Agentlik və Partnyorlarla İş: Lazım olduqda xarici agentliklər, media tərəfdaşları, vendorlar və frilans komandalarla əlaqələri idarə etmək.
Tələblər:
- Marketinq, brend idarəetməsi və ya rəqəmsal marketinq sahəsində minimum 3–5 il təcrübə;
- Komanda idarəetməsi və departament koordinasiyası üzrə təcrübə;
- Performance marketing, social media, content marketing və brand communication sahələri üzrə güclü anlayış;
- Təhsil, xidmət və ya B2C yönümlü bizneslərdə marketinq təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı, İngilis dili biliyi üstünlükdür;
- Analitik düşüncə, hesabat hazırlama və nəticələrə əsasən qərarvermə bacarığı;