Vəzifə haqqında: “Honours Academy” komandası rəqəmsal reklam kampaniyalarını idarə edəcək, lead generation prosesinə dəstək verəcək və reklam nəticələrini analiz edərək kampaniyaların daha effektiv işləməsinə kömək edəcək “Rəqəmsal Reklam & Performans Marketinq Mütəxəssisi” axtarır. Bu vəzifə Meta Ads, reklam optimizasiyası, retargeting və qısa performans hesabatlarının hazırlanmasında mühüm rol oynayır.

Əsas öhdəliklər:

· Reklam kampaniyaları: Meta Ads və digər uyğun reklam kanallarında kampaniyaların qurulması və izlənməsi;

· Lead generation: Honours Academy-nin əsas məhsul və xidmətləri üzrə keyfiyyətli lead-lərin cəlb olunmasına dəstək vermək;

· Optimizasiya: reklam nəticələrinə əsasən auditoriya, büdcə və kreativlər üzrə sadə optimizasiya təklifləri vermək;

· Retargeting və testlər: fərqli auditoriya və kreativləri test etmək, retargeting kampaniyalarının icrasına dəstək olmaq;

· Analitika: CPL, lead sayı, conversion və əsas reklam göstəricilərini izləmək;

· Sales koordinasiyası: Sales komandası ilə lead keyfiyyəti barədə feedback paylaşmaq və nəticələri kampaniyalarda nəzərə almaq;

· Hesabatlılıq: həftəlik qısa reklam nəticələri hesabatı hazırlamaq və inkişaf üçün təkliflər vermək.

Tələblər:

· Performance marketing, digital marketing və ya paid ads sahəsində minimum 1 il təcrübə;

· Meta Ads Manager ilə işləmə bacarığı;

· Lead generation və reklam optimizasiyası üzrə baza biliklər;

· CPL, CTR, conversion rate kimi əsas göstəriciləri anlamaq və analiz etmək bacarığı;

· Kreativ testlərə və data əsaslı işləməyə maraq;

· Azərbaycan dilində səlis ünsiyyət bacarığı, İngilis dili biliyi üstünlükdür;

· Komanda ilə işləməyə meyillilik və məsuliyyətli yanaşma.

Təklifimiz:

· Peşəkar və dəstəkləyici komanda mühiti;

· Təhsil və xidmət sahəsində real performance marketing təcrübəsi;